ABŞ İran bazasını vurdu – SEPAH cavab verdi

Baş səhifə

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İrana məxsus Bəndər-Abbas hava limanı yaxınlığındakı obyektə endirdiyi zərbələrə cavab olaraq Amerika hərbi bazasına hücum edib.

Modern.az xəbər verir ki, SEPAH bununla bağlı mayın 28-də bəyanat yayıb.

“Bu cavab düşmənə ciddi xəbərdarlıqdır ki, hücum cavabsız qalmayacaq və bu təkrarlanarsa, cavabımız daha qətiyyətli olacaq”, – deyə bəyanatdan bir hissəni “Tasnim” yayıb.

SEPAH-ın bildirdiyinə görə, nəticələrə görə məsuliyyət ABŞ-ın üzərinə düşür.

Daha əvvəl “Reuters” agentliyi ABŞ-ın İran hərbi obyektinə zərbələr endirdiyini xəbər vermişdi. Amerika hərbçiləri həmçinin təhlükə yaradan bir neçə İran pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir