Türkiyə Səfirliyindən Azərbaycana bayram təbriki

Baş səhifə

Türkiyənin ölkəmizdəki səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabındakı paylaşımda bildirilib.

“Kədəri və sevinci birlikdə bölüşdüyümüz qardaş Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla qeyd edirik.

“Bir millət, iki dövlət” anlayışı əsasında formalaşan müstəsna münasibətlərimizi ortaq tariximiz, möhkəm qardaşlığımız və qarşılıqlı əməkdaşlığımıza uyğun olaraq daha da inkişaf etdirməyə davam edəcəyik.

Müstəqillik Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir