BVF 2032-ci ilədək Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın iqtisadiyyatının
2026-cı ildə 2,2 faiz artacağını, 2027–2031-ci illərdə isə artımın
hər il 2,5 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.

Trend xəbər
verir ki, BVF-nin proqnozlarına əsasən, ölkənin neft və qaz
hasilatı və emalını əhatə edən neft sektoru 2026-cı ildə 2 faiz
azalacaq. Sonrakı dövrdə isə azalma tempi 2027–2031-ci illərdə hər
il 0,5 faizə qədər zəifləyəcək.

Eyni zamanda, BVF qeyri-neft ÜDM-inin 2026-cı ildə 3,7 faiz,
2027-ci ildə isə 3,8 faiz artacağını, daha sonra 2028–2031-ci
illərdə hər il 3,5 faiz səviyyəsində sabitləşəcəyini
proqnozlaşdırır.




BVF yaxın illərdə Azərbaycanın nominal ÜDM-ində davamlı artım da
proqnozlaşdırır. Gözlənilir ki, nominal ÜDM 2026-cı ildə 78,372
milyard dollar təşkil edəcək, 2027-ci ildə 83,060 milyard dollara,
2028-ci ildə 88,175 milyard dollara, 2029-cu ildə 93,718 milyard
dollara və 2030-cu ildə 99,600 milyard dollara yüksələcək, 2031-ci
ildə isə 105,923 milyard dollara çatacaq.

“Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə əsaslı şəkildə
diqqət yetirir, çünki karbohidrogen hasilatının azalması iqtisadi
perspektivlərə təzyiq göstərir. Gözlənilir ki, karbohidrogen
sektorunda davam edən zəiflik və qeyri-neft ÜDM artımının müəyyən
qədər sürətlənməsi fonunda iqtisadi artım 2026-cı ildə yalnız cüzi
şəkildə sürətlənəcək. Neft hasilatının azalmasının orta müddətli
perspektivdə ümumi iqtisadi artımın təxminən 2,5 faizə qədər
yavaşlamasına səbəb olacağı gözlənilir”, – deyə BVF-də
bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir