TOMA təşəbbüsü çərçivəsində Bakıda qobelen və tekstil sənəti üzrə beynəlxalq müsabiqə elan edilib

Baş səhifə

Bakı. Trend:

TOMA təşəbbüsü çərçivəsində Bakı şəhərində qobelen və tekstil
sənəti üzrə beynəlxalq müsabiqə elan olunub.

TOMA — professor Tamilla Məmmədovanın xatirəsinə yaradılmış,
qobelen və müasir tekstil sənətinə həsr olunmuş beynəlxalq
təşəbbüsdür.

Təşəbbüsün məqsədi tekstil sənətini müasir bədii düşüncənin
aktual istiqamətlərindən biri kimi yenidən təqdim etmək, ənənə ilə
innovasiyaları, sənətkarlıqla elm yanaşmaları bir araya gətirmək,
onlar arasında körpü yaratmaqdır.

Qobelen sənətinə həsr olunmuş beynəlxalq təşəbbüsün təqdimatı
çərçivəsində rəssamları, dizaynerləri və tekstil sənəti sahəsində
çalışan müəllifləri bu beynəlxalq müsabiqədə iştirak etməyə dəvət
edirik.

Müsabiqə haqqında

Qobelen Dünyası

Tamilla Məmmədovanın xatirəsinə

TOMA — tekstil və qobelen sənətinə həsr olunmuş beynəlxalq
mədəni təşəbbüsdür.




Professor Tamilla Məmmədovanın xatirəsinə yaradılan layihə
ənənəvi tekstil düşüncəsi ilə müasir incəsənət arasında dialoq
genişlləndirməyi hədəfləyir. TOMA qobeleni yalnız dekorativ sənət
kimi deyil, yaddaş, material, məkan və müasir vizual mədəniyyətlə
əlaqəli canlı bədii ifadə forması kimi təqdim edir.

2026-cı ildə Bakıda keçiriləcək ilk buraxılış sərgi, forum və
beynəlxalq müsabiqə formatında baş tutacaq və yerli ilə beynəlxalq
iştirakçıları bir araya gətirəcək.

Beynəlxalq münsiflər heyəti iştirakçıları aşağıdakı meyarlar
əsasında qiymətləndirəcək:

• bədii yanaşmanın orijinallığı və peşəkarlığı

• qobelenin ifadə vasitəsi kimi dərk olunması və materialla
işləmə mədəniyyəti

• ənənəvi tekstil düşüncəsinin müasir incəsənət kontekstində
inkişaf etdirilməsi

Seçilmiş müəlliflərin əsərləri 8 iyun 2026-cı ildə Bakıda
keçiriləcək əsas sərgidə nümayiş olunacaq. Layihə çərçivəsində ilk
üç yer üzrə pul mükafatları, beynəlxalq sərgilərdə iştirak
imkanları, gələcək əməkdaşlıq və simpozium layihələrinə qoşulmaq
perspektivi, həmçinin kuratorlar və incəsənət institutları arasında
beynəlxalq görünürlük təqdim olunacaq.

İştirak üçün ətraflı şərtlər təqdim olunan linkdə mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir