Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya
Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə
məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Hörmətli cənab Baş nazir,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı
münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı
adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt
üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq
doğurur.

Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə
məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və
müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında
Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə
dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə
dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.

Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi,
müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının
reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da
uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və
firavanlıq arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir