
Bakı. Trend:
Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı – 28 May – Müstəqillik
Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq
bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir.
Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Şuşanın Böyük
Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, bu Müstəqillik Günü hər
birimiz üçün çox əzizdir.

