
Bakı. Trend:
Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında
Daimi Nümayəndəliyi 28 May – Azərbaycan Respublikasının Müstəqillik
Günü münasibətilə Nyu-Yorkda keçirilən illik bayraq qaldırma
mərasimində iştirak edib.
Trend xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin X sosial
şəbəkəsindəki paylaşımında bildirilib.
“Bu tarixi günü Azərbaycan-Amerika icmasının nümayəndələri və
Nyu-Yorklularla birlikdə qeyd etməkdən məmnun olduq”, – deyə
bildirilib.

