
Bakı. Trend:
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri
David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya
və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ətraf mühitin
mühafizəsi sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək
perspektivlər müzakirə olunub.
Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə
(WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.

