
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı 12 ildən sonra Türkiyə ilə Suriya
arasında humanitar yardımın daşınması üçün nəzərdə tutulmuş dəhlizi
rəsmən bağlayıb. Buna səbəb tədarüklər üçün iki ölkə arasında
ticarət yollarının açılmasıdır.
Trend xəbər verir
ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi Stefan Düjarrik
danışıb.
“10 ildən artıq zamandan sonra BMT Türkiyə ilə Suriya arasında
sərhədlərarası humanitar əməliyyatı dayandırıb. Buna səbəb
sərhəd-keçid məntəqələrinin kommersiya nəqliyyatı üçün açılması və
adi təchizat marşrutlarının əlçatanlığının yaxşılaşmasıdır”, – deyə
Düjarrik bildirib.
Düjarrik əlavə edib ki, fəaliyyəti ərzində bu dəhliz vasitəsilə
Suriyaya 65 mindən çox humanitar yardım daşıyan yük maşını keçib və
hər il orta hesabla 1,2 milyondan çox insan bu yardımdan
faydalanıb.
O, bu marşrutu humanitar yardımın ən böyük və ən mürəkkəb
təchizat zəncirlərindən biri kimi qələmə verib.

