Azərbaycan boksçuları Gürcüstan keçirilən turnirdə 5 medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində təşkil olunan beynəlxalq boks
turnirinə yekun vurulub.

Trend-in
məlumatına görə, baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında
çıxış edən Azərbaycan millisi yarışda bir qızıl, bir gümüş və üç
bürünc medal əldə edib.




Yığmamızın üzvü Bilalhəbaşi Nəzərov (50 kq) bütün görüşlərdə
qələbə qazanaraq turnirin qalibi olub və fəxri kürsünün ən yüksək
pilləsində yer alıb.

Kənan Nəcəfov (+90 kq) turniri gümüş medalla başa vurub. Tayfur
Əliyev (60 kq), Əli Abdullayev (65 kq) və Abbasqulu Şadlinski (75
kq) isə bürünc medala layiq görülüblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir