Ermənistan seçkilərində 2,4 milyondan çox insan səs verəcək

Baş səhifə

Ermənistanda iyunun 7-də keçiriləcək seçkilər öncəsi seçici reyestrində qeydiyyatda olan vətəndaşların sayı açıqlanıb.

Modern.az xəbər verir ki, Sputnik Armenia-ya istinadən Ermənistan Daxili İşlər Nazirliyi qarşıdan gələn seçkilərlə bağlı seçici statistikasını təqdim edib.

Məlumata görə, seçici reyestrində ümumilikdə 2 milyon 485 min 232 nəfər qeydiyyata alınıb.

Nazirlikdən bildirilib ki, bu rəqəm rəsmi seçici siyahılarında yer alan və səsvermədə iştirak hüququna malik vətəndaşları əhatə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir