
Bakı.Trend:
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikilməkdə
olan körpünün bir hissəsinin uçması nəticəsində azı altı nəfər
həyatını itirib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölənlərin hamsı tikinti sahəsində çalışan işçilər
olub.
Bildirilir ki, körpünün bir hissəsinin uçması güclü fırtınadan
sonra baş verib. Dağıntılar altında insanların ola biləcəyi istisna
edilmir.
Hadisə yerində xilasetmə briqadaları işləyir.

