Ötən il dövlət xəstəxanalarında ən çox müraciət olunan sahələr açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Ötən il dövlət xəstəxanalarında ən çox müraciət olunan sahələr
məlum olub.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Məlumata görə, 2025-ci ildə TƏBİB tabeli xəstəxanalarda ən çox
maliyyə xərci qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin
müalicəsinə yönəlib.




Özəl tibb müəssisələrinə edilən göndərişlərdə isə daha çox
ürək-damar, göz və sümük-əzələ sistemi xəstəlikləri üstünlük təşkil
edib.

İl ərzində dövlət xəstəxanalarında ən çox icra olunan tibbi
xidmətlər ginekoloji əməliyyatlar və təbii doğuş olub.
Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında katarakta
əməliyyatları üçüncü yeri tutub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir