Velosiped və skuter idarə edənlərə müraciət – VİDEO

Baş səhifə

Bakı. Trend:

Yaz-yay aylarında velosiped və skuter kimi ikitəkərli nəqliyyat
vasitələrindən istifadə edənlərin sayı artır. Bu cür nəqliyyat
vasitələrindən istifadə zamanı isə qaydalara əməl olunmaması
yollarda qəza şəraitinin yaranmasına səbəb olur. Onlar əks
istiqamətdə hərəkət etməməli, svetoforun qadağanedici siqnalı
yandıqda dayanmalıdırlar. Piyada keçidlərində isə yolu keçərkən
nəqliyyat vasitəsindən düşərək piyadalar kimi hərəkət
etməlidirlər.

Trend xəbər
verir ki, bu barədə DİN-in Nəqliyyatı İtellektual İdarəetmə
Mərkəzinin yadığı müraciətdə bildirilir.

Qanun tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər
və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ
kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının
tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə
hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə
piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir. Bu cür
nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu
olduğu halda, onun yanındakı yolla hərəkət etmək də Qanunla
qadağandır. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə
nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət
edən nəqliyyat vasitələrinə yol verməlidirlər.




Təhlükəsizliyin əsas şərti məsuliyyətdir. Yollarda qaydalara
uyğun hərəkət etmək, məsələyə məsuliyyətlə yanaşmaq hər kəsin
təhlükəsizliyi üçün vacibdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir