
Bakı. Trend:
Hazırda 18 cəzaçəkmə müəssisəsinin nəzdində 8 peşə məktəbi
fəaliyyət göstərir.
Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Məlumata görə, 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu zamanı
1340 plan yerinə 1254 nəfər məhkum qəbul olunub.
Qeyd edək ki, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi
məqsədilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin
yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair
2025–2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Həmin sənəd
çərçivəsində peşə məktəblərinin infrastrukturunun yenilənməsi,
pedaqoji heyətin gücləndirilməsi, məhkumların əmək bazarına
inteqrasiyasını dəstəkləyən informasiya sisteminin yaradılması,
habelə sahibkarlarla əməkdaşlıq mexanizmlərinin formalaşdırılması
nəzərdə tutulur.

