32 yaşımda tərk etdiyim kəndə 34 yaşlı oğlumla qayıtmışıq – Böyük Qaladərəsi kənd sakini

Baş səhifə

“32 yaşımda Böyük Qaladərəsini tərk etmişdim, bu gün isə 34
yaşlı oğlumla birlikdə doğma kəndimizə qayıtmışıq”.

Bunu Şuşanın Böyük Qaladərəsi kənd sakini Nurəddin Cabbarov
Trend-in Qarabağ
bürosuna açıqlamasında deyib.

O bildirib ki, illər sonra ata-baba yurduna dönüş ailəsi üçün
unudulmaz hissdir. N.Cabbarov xüsusilə oğlunun toy mərasiminin
doğma kənddə keçiriləcək olmasının ona böyük sevinc yaşatdığını
vurğulayıb.




“İşğal dövründə ailəmlə birlikdə müxtəlif rayonlarda
məskunlaşmışdıq. Beyləqan, Xızı, Ağcabədi, İsmayıllı və Bakının
ayrı-ayrı ərazilərində yaşadıq. Uzun illər həsrətində olduğumuz
kəndimizə nəhayət geri dönmüşük. Ən böyük arzumuz bundan sonra öz
yurdumuzda sakit və firavan həyat sürməkdir”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir