
Bakı. Trend:
Mark-Andre ter Ştegen yay transfer pəncərəsində “Barselona”dan
ayrılacaq.
Trend xəbər
verir ki, artıq klubla almaniyalı qapıçı arasında razılıq əldə
olunub. Bu barədə jurnalist Ferran Martines məlumat yayıb.
Ter Ştegenin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam
veriləcək. 34 yaşlı qolkiper İspaniyadan və digər ölkələrdən gələn
təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, “Barselona” Mark-Andre ter Ştegeni 2014-cü ilin
yayında Münhenqladbax “Borussiya”sından 12 milyon avroya transfer
edib. Təcrübəli “əlcək sahibi” 2025/2026 mövsümünün ikinci yarısını
icarə əsasında “Jirona”da keçirib.

