
Bakı. Trend:
Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Ali
Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan ətrafındakı
vəziyyətlə bağlı bəyanat yayıblar.
Trend xəbər
verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov
açıqlama verib.
Uşakovun sözlərinə görə, bəyanat dörd lider tərəfindən qəbul
edilib.
O, bəyanat barədə ətraflı məlumat verməkdən imtina edib, lakin
bildirib ki, sözügedən bəyanat Rusiya prezidentinin saytında dərc
olunacaq.

