
Bakı. Trend:
Yann Aurel Bissek bu yay Almaniyaya qayıda bilər.
Trend xəbər verir ki, “Bavariya” müdafiəçiyə ciddi maraq göstərir və artıq “İnter” ilə
rəsmi danışıqlara başlayıb. İtaliya klubu futbolçu üçün 40 milyon
avro tələb edir.
Xatırladaq ki, Bissek “Köln” akademiyasının yetirməsidir və
Milanda üç mövsüm keçirib. O, Serie A 2025/26 mövsümündə 3 qol
vurub.

