Ağdərədə insan sümüklərinin qalıqları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus sümük
qalıqları aşkarlanıb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, tapılan sümük fraqmentlərinin
Qəribov Balay Ələsgər oğlunun ailə üzvlərinə aid olduğu ehtimal
edilir.

Sümük qalıqları ailənin yaşadığı evin həyətində, nəvəsi Bəxtiyar
Əsgərov tərəfindən aparılan axtarışlar zamanı aşkar olunub.




Qeyd edək ki, 1992-ci il martın 12-də Baş Güney kəndi erməni
silahlı qüvvələri tərəfindən işğal edilən zaman ailənin 5 üzvü
itkin düşüb. Bunlar 1890-cı il təvəllüdlü Qəribov Balay Ələsgər
oğlu, onun həyat yoldaşı 1928-ci il təvəllüdlü İsmayılova Saray
Eyvaz qızı, qızları — 1946-cı il təvəllüdlü Ələsgərova Zabilə Balay
qızı və 1954-cü il təvəllüdlü Ələsgərova Ramilə Balay qızı, eləcə
də nəvəsi, 1972-ci il təvəllüdlü Xudaverdiyeva Nərgiz Aydın qızı
olub.

Aşkarlanan sümük fraqmentləri aidiyyəti qurumlar tərəfindən
götürülərək ekspertiza üçün təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir