
Bakı. Trend:
Qabiliyyət imtahanlarına qeydiyyat gələn həftə bitir.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2026/2027-ci tədris ili
üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik)
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında
iştirak etmək istəyən abituriyentlərin (subbakalavrların) elektron
qeydiyyatı 2 iyun saat 23:59-da bitir.
Abituriyentlər ali və tam orta təhsil bazasından orta ixtisas
təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının
aid olduğu 1 istiqamət üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə
bilərlər.
Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Qəbul (buraxılış)
imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin
Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin
nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər.
Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun
tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə
imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə
buraxılacaqlar

