
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livandan atılan bir neçə raketi
ələ keçirib.
Trend-in
məlumatına görə, bu barədə İsrail ordusu mətbuat xidməti
bildirib.
“İsrailin şimalındakı bir neçə ərazidə hava hücumu sirenlərinin
səslənməsindən sonra Livandan İsrail ərazisinə bir neçə raket
atılıb. Raketlərin bəziləri ələ keçirildi, qalanları isə yaşayış
olmayan ərazilərə düşüb”, – deyə qeyd olunub.
Bildirilib ki, atəş nəticəsində xəsarət alanlar barədə məlumat
daxil olmayıb.

