Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

Trend Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir
ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya
gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə
stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində
mübarizə aparacaqlar.




Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri
müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri
isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son
yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində
təşkil olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir