
Bakı. Trend:
Türkiyə hakimiyyəti daha təhlükəsiz və istismarına nəzarət
edilən yeni İHATTYS pilotsuz uçuş aparatı (PUA) monitorinq
sistemini tətbiq edəcək.
Trend xəbər verir ki,
yeni sistem PUA-ları üç əməliyyat riski kateqoriyasına ayıracaq:
“açıq” və “xüsusi” istifadəli, həmçinin “sertifikatlı” dronlar.
“Sertifikatlı” dronlara izdihamlı ərazilər üzərindən uçmağa və
insanları və ya təhlükəli yükləri daşımağa icazə veriləcək.
“Açıq” və “xüsusi” kateqoriyalardakı dron pilotları üçün yaş
həddi 16 il olacaq.
İHATTYS qeydiyyatdan keçmiş dronların yerini real vaxt rejimində
izləməyə imkan verəcək.
Eyni zamanda, sistem çərçivəsindən kənarda dronları idarə edən
fərdlər və qurumlar əhəmiyyətli cərimələr ilə üzləşəcək.
Xaricdə qeydiyyatdan keçmiş pilotsuz uçuş aparatları üçün
Türkiyədə uçuş icazəsi istifadədən ən azı 20 gün əvvəl
alınmalıdır.

