Maltadakı seçkilərdə leyboristlər qələbə qazandı 

Baş səhifə

Maltanın Baş naziri Robert Abelanın lideri olduğu hakim Leyborist Partiyası parlament seçkilərində qalib gələrək hökumətin formalaşdırılması üçün ardıcıl dördüncü mandatı əldə edib.

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, R. Abela partiyanın “güclü mandat” qazandığını bəyan edib.

“Bu, bütün xalqın qələbəsidir və vətəndaşlar üçün təqdim etdiyimiz proqrama əsaslanır”, – o, jurnalistlərə deyib.

Yerli medianın məlumatına görə, Leyborist Partiyası parlamentdə çoxluğu təmin edib.

Müxalifət Milli Partiyasının baş katibi Çarlz Bonello məğlubiyyəti etiraf edərək qeyd edib ki, hakim partiya ilə səs fərqi əhəmiyyətli dərəcədə azaldılıb.

Seçkilərdə iştirak 87,4% təşkil edib ki, bu da əvvəlki səsvermə göstəricisindən bir qədər yüksəkdir.

R. Abelanın bazar ertəsi səhər and içməsi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir