
Bakı. Trend:
ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə
köməkçi katibi Kaleb Orr Azərbaycanda səfərdədir.
Trend xəbər
verir ki, onun səfər çərçivəsində ABŞ rəsmisinin iyunun 1-2-də
Bakıda keçirilən Bakı Enerji Həftəsində iştirak edəcəyi
gözlənilir.
Həmçinin səfər zamanı ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqunun
keçirilməsi nəzərdə tutulur.
Kaleb Orrun səfəri Azərbaycan ilə ABŞ arasında iqtisadi və
enerji sahələrində tərəfdaşlığın müzakirəsi və yeni əməkdaşlıq
imkanlarının nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

