Azərbaycan nisbətən az vəsaitlə daha yüksək nəticələr qazanmağın mümkünlüyünü nümayiş etdirib – Urxan Ələkbərov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan öz inkişafında tam yeni mərhələyə keçib və bu
innovativ inkişaf mərhələsidir. Artıq bu sahədə beynəlxalq
təşkilatlar tərəfindən qəbul olunan bir çox nailiyyətlər əldə
edilib.

Trend xəbər
verir ki, bunu Dövlət İdarəçilik Akademiyasının rektoru professor
Urxan Ələkbərov Özbəkistan dövlət qulluqçularının Azərbaycanda
dövlət siyasəti mövzusunda təlimlərinin açılışından öncə
jurnalistlərə açıqlamasında deyib.

Professor bildirib ki, idarəçiliyin çox sadə bir düsturu var:
imkanlar, idarəetmə, nəticə:




“Azərbaycan nümayiş etdirdi ki, nisbətən az vəsaitlə daha yüksək
nəticələr əldə oluna bilər. Bu nəticənin əldə edilməsi isə dövlət
idarəçiliyində istifadə olunan yeni texnologiyalarla bağlıdır.
Azərbaycanda xüsusilə sinergetik texnologiyalardan istifadə olunur
ki, bu da dövlət-özəl tərəfdaşlığı ilə yanaşı vətəndaş cəmiyyətinin
iştirakını nəzərdə tutur”.

Rektor vurğulayıb ki, nu gün strateji partnyorumuz, bizə ən
yaxın ölkələrdən biri olan Özbəkistandan gələn həmkarlar,
mütəxəssislər qəbul edilib:

“Bu texnologiyaları onlarla bölüşəcəyik. Tədbirdə Özbəkistanın
səfirinin iştirakı da məni çox şad edir. Bundan əvvəl Qazaxıstanın
Dövlət İdarəçilik Akademiyasından bu texnologiyaları öyrənmək üçün
gəlmişdilər. Ayın 15-dən sonra Qazaxıstandan daha bir qrupun gəlişi
planlaşdırılır. Həmçinin, Çin Xalq Respublikası ilə bu barədə
müqavilə bağlanıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir