İran və ABŞ arasında müzakirələr etimadsızlıq şəraitində aparılır – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran və ABŞ arasında müzakirələr və mesajların mübadiləsi
etimadsızlıq şəraitində aparılır.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, İran əvvəlcədən bilirdi ki, müzakirələr
etimadsızlıq şəraitində keçəcək. Bu baxımdan diplomatiya gücə
alternativ deyil. Müzakirə və diplomatiya tərəflər arasında
etimadın məhsulu deyil. Bütün bunlar bir-birindən ayrı
məsələlərdir.




“Belə bir şəraitdə qarşı tərəf öz mövqeyini davamlı şəkildə
dəyişir. Yeni və ya ziddiyyətli tələblər irəli sürür, fərqli və
ziddiyyətli mesajlar göndərir. Təbii ki, bu vəziyyət müzakirə
prosesinin uzanması ilə nəticələnir”, – deyə o qeyd edib.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir