Gürcüstanda təhlükəli virus aşkarlanıb

Baş səhifə

Gürcüstanda təhlükəli Denqe virusuna yoluxma halı aşkarlanıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze bildirib.

Onun sözlərinə görə, Denqe diaqnozu ötən həftə bir nəfərdə təsdiqlənib.

Çxaidze virusa yoluxmuş şəxsin vəziyyəti barədə məlumat açıqlamayıb.

Qeyd edək ki, Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə ötürülən virusdur, dünyanın tropik və subtropik ərazilərində geniş yayılıb. Gürcüstanda bu virus 2013, 2016 və 2017-ci illərdə də qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir