
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub
ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Zati-aliləri.
Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi
çatdırıram.
Milli günlər ölkələrin keçdiyi yolu, beynəlxalq ictimaiyyətə
verdiyi töhfələri və gələcəyini istiqamətləndirən arzuları
dəyərləndirmək üçün mühüm fürsətdir. Eyni zamanda, onlar qlobal
çağırışların həllində dialoqun və həmrəyliyin əhəmiyyətini bizə
xatırladır.
Bu gün dünya təxirəsalınmaz sınaqlarla – müharibələrin sona
çatdırılması və yenilərinin qarşısının alınması, iqlim böhranı ilə
mübarizə, bərabərsizliklərin azaldılması və güclü texnologiyaların
məsuliyyətlə yönləndirilməsi ilə üz-üzədir. Bu və digər
çağırışların həlli sülhün, təhlükəsizliyin təmin olunması,
Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi və insan
hüquqlarının qorunması naminə yenilənmiş əməkdaşlığa, çoxtərəfli
tərəfdaşlığa sadiqlik tələb edir.
Bu əlamətdar gün münasibətilə bir daha Azərbaycan
Respublikasının xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm”.

