Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı təsdiqləndi

Baş səhifə

Bakı. Trend:

Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı
müəyyənləşib.

Trend-in əldə
etdiyi məlumata görə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin adlı
siyahısı cari ilin noyabr ayının 15-dək dürüstləşdirilməklə hər
növbəti il üçün yenidən müəyyən ediləcək.




Dövlət uçotuna alınacaq su istifadəçilərinin siyahısı
aşağıdakı kimi təsdiqlənib:

  • Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular)
    su götürüb tullantı sularını su obyektlərinə axıdan hüquqi şəxslər
    və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan
    fiziki şəxslər;
  • Su obyektlərindən (Xəzər dənizi, çaylar, göllər, yeraltı sular)
    su götürüb tullantı sularını kanalizasiya sisteminə və relyefə
    axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq
    fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
  • Su təchizatı sistemləri vasitəsilə suyu götürüb tullantı
    sularını su obyektlərinə (Xəzər dənizi, çaylar, göllər, yeraltı
    sular) axıdan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq
    fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Məlumat üçün bildirək ki, bununla bağlı Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun imzaladığı müvafiq
qərar mayın 1-də qəbul edilib, mayın 25-də Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilib, mayın 26-də qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir