Ukrayna Azərbaycan enerjisi üçün Avropaya açılan qapı ola bilər – Şmıqal

Baş səhifə

Bakı.Trend:

Azərbaycan və Ukrayna bütün enerji növləri üçün Ukraynadan
Avropaya açılan qapı kimi istifadə olunması məsələsini müzakirə
edirlər.

Trend xəbər verir
ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və
şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq”
mövzusunda nazirlərin plenar sessiyasında Ukraynanın Energetika
naziri Denis Şmıqal bildirib.

“Hazırda əsas diqqətimiz həm elektroenergetika, həm də qaz
sektoru üzrə iri Avropa bazarı ilə interkonnektorların inkişafına
yönəlib.




Bu kontekstdə Azərbaycan və Türkiyə ilə çox yaxşı əməkdaşlığımız
mövcuddur və Ukraynanın böyük qaz anbarları və güclü elektrik
şəbəkəsi sayəsində bütün enerji növləri üçün Avropaya açılan qapısı
kimi istifadəsi ilə bağlı danışıqlar aparılır”, – deyə o qeyd
edib.

Şmıqal həmçinin vurğulayıb ki, müharibə şəraitində dayanıqlığın
artırılması üçün elektrik enerjisi istehsalı sisteminin
mərkəzsizləşdirilməsi son dərəcə vacibdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir