
Bakı.Trend:
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə iyunun
2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
xəbərdarlıq verilib.
Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti
xəbərdarlıq edib.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan,
Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər,
Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi
əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq
şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil
edəcək.

