SOCAR və “Shell” arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirildi

Baş səhifə

Bakı. Trend:

İyunun 1-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın
prezidenti Rövşən Nəcəf “Shell” şirkətinin icraçı vitse-prezidenti
Valid Hadi ilə görüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.




Görüşdə şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə
enerji sektorunun müxtəlif seqmentləri üzrə potensial əməkdaşlıq
məsələləri müzakirə olunub. Bu xüsusda, bu gün SOCAR və “Shell”
şirkəti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd
olunub.

Tərəflər “upstream”, “midstream”, “downstream”, insan
kapitalının inkişafı, tədqiqat və innovasiya, eləcə də süni
intellektin tətbiqi sahələrində əməkdaşlıq imkanlarını nəzərdən
keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir