
Bakı.Trend:
ABŞ-nin sabiq prezidenti Barak Obamanın Ağ Evə rəhbərlik etdiyi
dönəmdə işlətdiyi rəsmi “Instagram”hesabı kiberhücuma məruz
qalıb.
Trend xəbər verir
ki, bu barədə TMZ portalı məlumat yayıb.
Portalın məlumatına görə, bazar günü keçmiş prezidentin
hesabında qəribə bir kontent peyda olub və sonradan bunun haker
tərəfindən yerləşdirilmiş material olduğu müəyyən edilib.
Nəşrin yazdığına görə, hesabda haker Obamanın adından bir neçə
post paylaşıb. Postlardan birində süni intellekt tərəfindən
generasiya edilmiş fotoda Ağ ev şiyələrin nəzarəti altındadır kimi
tərcümə olunan yazı yer alır.

