
Bakı.Trend:
İraqda hərbi təlimdə ABŞ və Böyük Britaniyadan (hər ölkədən bir
hərbçi- red) olan hərbçilər həlak olub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, insident mayın 31-də İraqın şimal bölgəsində –
Ərbildə yerləşən ABŞ hərbi hava qüvvələri bazasında baş verib.
İnsidentin təfərrüatları nə amerikalı, nə də britaniyalı rəsmi
şəxslər tərəfindən açıqlanıb. Eyni zamanda həlak olan 2 hərbçinin
şəxsiyyəti barədə də məlumat verilmir.

