Xəzər regionunda həyata keçirilən layihələr texnoloji baza formalaşdırır – Den Sparks

Baş səhifə

Bakı.Trend:

Xəzər regionunda həyata keçirilən layihələr uzunmüddətli
infrastruktur və texnoloji baza formalaşdırır.

Trend xəbər verir
ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə geoloji
kəşfiyyat üzrə vitse-prezidenti Den Sparks Bakı Enerji Həftəsi
çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Xəzər hövzəsində layihələrin icrası təkcə
hasilatın təmin olunması və infrastrukturun inkişafını deyil, həm
də uzunmüddətli texnoloji və istehsal imkanlarının
formalaşdırılmasını, o cümlədən istehsal sahələrinin və insan
kapitalının inkişafını təmin edir.




D. Sparks qeyd edib ki, “Qarabağ” layihəsi Xəzər regionunda
sualtı modulların (subsea bundles) istehsalı üzrə dünyada ikinci
kompleksin yaradılmasını nəzərdə tutur.

O bildirib ki, bu cür modullar bir neçə boru kəməri xətti və
kommunikasiyaları vahid blokda birləşdirməyə imkan verir və onlar
xüsusi boru döşəmə gəmilərinə ehtiyac olmadan daşınaraq quraşdırıla
bilir.

“Regionda texnoloji imkanların inkişafı davam edir, o cümlədən
sənaye üçün mühüm faktor olan yeni seysmik metodların tətbiqi
genişlənir”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir