
“Bakı-Tbilisi-Qars dəmir yolu layihələndirilərkən sərnişin daşınmalarının həyata keçirilməsi planlaşdırlırdı və yol buna uyğun inşa olunmuşdu”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında BTQ xətti ilə sərnişin daşınması ilə bağlı hər hansı bir plan yoxdur.
Xatırladaq ki, bu gün Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.

