Hörmüz boğazından 24 gəmi keçib

Baş səhifə

Bakı. Trend:

Ötən 1 sutka ərzində (1 iyun) İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları ilə koordinasiya
nəticəsində Hörmüz boğazından 24 gəmi keçib.

Trend xəbər
verir ki, bununla əlaqədar İran İslam İnqilabı Keşikçilər
Korpusunun (SEPAH) Hərbi Dəniz Qoşunları məlumat yayıb.

Məlumata görə, keçən gəmilər, neft tankerləri, konteyner
gəmiləri və başqa ticarət gəmiləri olub və onların təhlükəsizliyi
təmin edilib.




“Hörmüz boğazına nəzarət tam şəkildə yerinə yetirilir və
regiondan kənar qüvvələrin Fars körfəzi və Hörmüz boğazında yeri
olmayacaq”, – deyə SEPAH bildirib.

Qeyd edək ki, 28 fevral -7 aprel ABŞ, İsrail və İran arasında
baş verən müharibə nəticəsində Hörmüz boğazından sərbəst şəkildə
gəmilərin keçidinə ciddi şəkildə məhdudiyyət yaranıb.

Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran
arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir