
Bakı. Trend:
PAŞA Bank kiçik və orta biznes müştərilərinə özəl yeni “Oyun
360” məhsulunu təqdim edib.
Bu məhsul “PAŞA Bank Biznes” veb platformasında istifadəyə
verilib. “Oyun 360” biznes müştərilərinə bankın məhsul və
xidmətlərini daha rahat anlamağa və nəticədə effektiv istifadə
imkanı verir.
Məhsul sayəsində bank əməliyyatları oyun təcrübəsinə çevrilir və
müştəri üçün əlavə dəyər yaranır.
Müştərilər “PAŞA Bank Biznes” veb platformasına daxil olaraq
quizlərdə iştirak edə, bank məhsullarından aktiv istifadə etdikcə
xal toplaya bilərlər. Toplanmış xallar əsasında həftəlik və aylıq
reytinqlər formalaşır; ən yüksək nəticə göstərənlər isə qaliblər
sırasına daxil olaraq MacBook, AirPods, Apple Watch və digər
dəyərli hədiyyələrlə mükafatlandırılır.
Məhsulla daha ətraflı tanış olmaq üçün
linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank korporativ, kiçik və orta bizneslər üçün
investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin
idarə olunması istiqamətlərində geniş xidmət portfeli ilə çıxış
edir. Beynəlxalq reytinq agentliyi
Moody’s Ratings Bankın uzunmüddətli yerli və
xarici valyutada depozit reytinqini “Ba2” səviyyəsində və reytinq
üzrə proqnozu isə “müsbət” olaraq müəyyən edib. Bundan əlavə, digər
beynəlxalq reytinq agentliyi Standard & Poor’s 2026-cı ildə Bankın
kredit reytinqini “BB-/B” səviyyəsində “müsbət” proqnoz ilə
təsdiqləyib.
Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı”
seçilib. 2024–2025-ci illərdə Euromoney, Global Finance və Stevie
Awards tərəfindən də bir sıra beynəlxalq mükafatlara layiq görülüb,
o cümlədən Stevie Awards-da “İlin şirkəti” nominasiyasında “Gold
Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

