Azərbaycan, Qazaxıstan və Özbəkistan enerjisistem rəhbərliyi müzakirələr edib

Baş səhifə

Bakı. Trend:

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev,
“Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti” SC-nin İdarə
Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji
Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun
rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

“AzərEnerji”dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan,
Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud
vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi
aparılıb.




Eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji
mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr
aparılan görüşdə, Azərbaycanda yeni işə salınan 250 gücündə / 500
MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı
təcrübə mübadiləsi edilib.

Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və
qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir