“Günəşli” yatağında 4–6 trilyon kub fut qaz ehtiyatı ehtimal edilir – Qordon Birrel

Baş səhifə

Bakı. Trend:

“Günəşli” yatağında 4–6 trilyon kub fut qaz ehtiyatının olduğu
ehtimal edilir.

Trend xəbər
verir ki, bunu BP-nin (British Petroleum) hasilat və əməliyyatlar
üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsində
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı dünyanın ən
iri neft yataqlarından biridir və istismara verildiyi vaxtdan
indiyədək 4 milyard bareldən çox neft hasil edilib. Onun sözlərinə
görə, bu layihə texnologiya və innovasiyaların tətbiqi baxımından
böyük uğur hekayəsidir.

Qordon Birrel qeyd edib ki, hazırda yataqda neft layının həm
üstündə, həm də altında qaz ehtiyatlarının aşkar edilməsi yeni
imkanlar açır və bu qazın hasilatı ilə bağlı SOCAR və Azərbaycan
hökuməti ilə razılıq əldə olunub.




“Qaz ehtiyatları yatağın iki əsas hissəsində — “Günəşli” və “Azəri” bloklarında mövcuddur və hər iki istiqamət üzrə
ehtiyatların həcmi ilə bağlı hələ də müəyyən qeyri-müəyyənliklər
qalır. İlkin hasilat quyusunun əsas məqsədi yeraltı dinamik
məlumatların toplanması və ehtiyatlarla bağlı qeyri-müəyyənliyin
azaldılmasıdır”.

O əlavə edib ki, hazırkı qiymətləndirmələrə əsasən, yalnız “Günəşli” sahəsində qaz ehtiyatlarının 4–6 trilyon kubfut
diapazonunda olduğu ehtimal edilir, lakin “Azəri” hissəsi üzrə hələ
ki, dəqiq qiymətləndirmə aparılmayıb və proses ilkin
mərhələdədir.

Qordon Birrel vurğulayıb ki, bu yeni qaz potensialı AÇG
yatağının gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir