Yeni neft həlqəsindən hasilat sentyabrda başlanacaq – bp

Baş səhifə

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli”nin (AÇG) dərin yataqlarının dibində yeni
neft həlqəsindən hasilat sentyabrda başlanacaq.

Trend xəbər
verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə
regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsində
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının
həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.

Regional prezidentin sözlərinə görə, əvvəldən bu ərazidə neft
ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb.
Buna görə də neft həlqəsindən hasilata başlamaq və real
göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb.




Cio Kristofoli qeyd edib ki, bu quyu vasitəsilə həm də neft
həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə
ediləcək.

O bildirib ki, hasilatın sentyabr ayında başlanması
planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının
həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar
yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması
baxımından vacib əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir