Artıq iri plitələr qopmayacaq! (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Tikinti materiallarının istehsalı sahəsində hər zaman keyfiyyət,
etibarlılıq və innovasiya ilə seçilən “Matanat A” şirkəti yüksək
performanslı “Matanat A FASKER” iri ölçülü plitə və dekorativ daş
yapışdırıcısını təqdim edir.

“Matanat A FASKER” – iri ölçülü plitələr, keramoqranit, fasad
plitələri, dekorativ daşlar və isti döşəmələr üçün yüksək
performanslı yapışdırıcıdır.

Sement əsaslı, xüsusi polimer əlavələri və nanotexnologiya ilə
zənginləşdirilmiş bu məhsul, həm daxili, həm də xarici məkanlarda
etibarlı və uzunömürlü yapışmanı təmin edir. “Matanat A FASKER”
müxtəlif ölçülü plitələrin fərqli yüksəkliklərdə təhlükəsiz şəkildə
yapışdırılmasına imkan verir və xüsusilə iri ölçülü keramoqranit
üçün uğurlu seçimdir.

“Matanat A FASKER” üstün texniki xüsusiyyətləri ilə mühəndislər,
peşəkar ustalar, həm də fərdi istifadəçilər üçün praktiki həll
təqdim edir.

“Matanat A FASKER”-in üstünlükləri:




  • Yüksək performanslı yapışdırıcıdır;
  • İstiyə və şaxtaya dayanıqlıdır;
  • EN standartının C2TE sinfinə aiddir;
  • Standart yapışdırıcılardan fərqli olaraq iri ölçülü plitələr
    üçündür;
  • Tiksotropikdir – şaquli səthlərdə plitənin sürüşmə ehtimalı
    yoxdur;
  • Döşəmədə plitələr çökmür.

“Matanat A FASKER” -güvənlə qurulan məkanlar üçün peşəkar
seçimdir: İşinizi asanlaşdırır, nəticəni mükəmməlləşdirir.

Qeyd edək ki, 25 ildir uğurla fəaliyyət göstərən “Matanat A”
şirkəti 4 sistem, 27 məhsul qrupu üzrə fəaliyyət göstərir, 3000-ə
yaxın məhsul çeşidinə, 200-dən çox ticarət markasına malikdir və
dünya miqyasında patentləşdirilmiş bir neçə ixtiranın müəllifidir.
Əsas məhsul qruplarına gipskarton lövhələri (alçıpan), quru divar
və fasad üzləmə sistemləri, gips əsaslı suvaq və şpatklyovkalar,
plitə yapışdırıcıları, hidroizolyasiya məhsulları, daş yunu,
istilik izolyasiya məhsulları, əhəng və əhəngdaşı əsaslı məhsullar,
lak və boya məhsulları, dekorativ fasad örtükləri, epoksid əsaslı
boya və örtüklər, beton qatqıları və digər çoxsaylı məhsul qrupları
aiddir. Yüksək texnologiyalı müasir zavodlara malik “Matanat A”
şirkəti qloballaşaraq “MATANAT” ticarət markası adı altında
istehsal etdiyi məhsullarını Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna,
Özbəkistan və digər ölkələrə ixrac edir.

Daha ətraflı: *3030

www.matanata.com

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir