
Bakı. Trend:
A-Qroup sığorta şirkəti sağlamlığın qorunması proqramlarını yeni
səviyyəyə yüksəltdi — artıq məşhur tibbi sığorta məhsulları olan “Ailə” və “Özəl” təkmilləşdirilərək yeni formatda təqdim olunur: “AİLƏ+” və “Özəl+”.
Bu proqramların əsas üstünlüyü Telesəhiyyə xidmətidir. Məhz bu
xidmət sayəsində A-Qroup-un tibbi dəstəyi hər kəs üçün daha yaxın,
daha əlçatan və daha rahat olub. Telesəhiyyə – səhiyyəni tamamilə
dəyişdirə biləcək bir perspektivli sahədir. Bu tibbi xidmət ölkənin
ən yaxşı praktiki həkimləri ilə distant əlaqə saxlamağa imkan
yaradır. Onlayn konsultasiyalar istənilən rahat formatda — audio,
video və ya çat vasitəsilə mobil tətbiqdə və ya vebsaytda həyata
keçirilir. Bu xidmət evdən və ya ofisdən çıxmadan peşəkar tibbi
dəstək almağa, vaxta qənaət etməyə, klinikalara getməkdən, uzun
gözləmə müddətindən və növbələrdən yayınmağa imkan yaradır.
“AİLƏ+” və “Özəl+” özünüzü və yaxınlarınızı böyük maliyyə
xərclərindən qorumaq, xəstəliklərin vaxtında aşkarlanması
ehtimalını artırmaq və effektiv müalicə imkanlarını genişləndirmək
üçün sadə və əlçatan həll yoludur.
Bu proqramların əsas üstünlüklərindən biri də ciddi simptomlar
yaranmadan əvvəl sağlamlıqla bağlı ən ehtimal olunan problemləri
müəyyən etməyə imkan verən PULSUZ genişləndirilmiş Check Up
müayinəsi olaraq qalır. Check Up proqramına onkoloji xəstəliklərin,
B və C hepatitlərinin aşkarlanması və diaqnostikası, qanda şəkər və
xolesterin səviyyəsinin müəyyən edilməsi üçün lazım olan müayinə və
analizlər daxildir.
“AİLƏ+” və “Özəl+” proqramları üzrə tibbi xidmətlər üçün 15 000
AZN-dək sığorta təminatı nəzərdə tutulur.
Xatırladırıq ki, “AİLƏ+” proqramı 3 və daha çox ailə üzvü üçün
nəzərdə tutulub.
Tibbi təminatla yanaşı, “AİLƏ+” və “Özəl+” proqram sahiblərinə
əlavə xidmət və üstünlüklər də təqdim olunur:
• “A-Qroup Mobile Concierge” mobil tətbiqində SOS düyməsi
vasitəsilə sığorta şirkəti ilə təcili əlaqə — bir toxunuş
kifayətdir ki, dispetçerlər müştərinin yerləşdiyi məkanı müəyyən
etsin və operativ şəkildə MediClub klinikasının həkim briqadasını
yönləndirsin;
• məsələlərin operativ həlli üçün 24/7 fəaliyyət göstərən
konsultativ-dispetçer xidməti;
• proqramın hissəli ödənişlə əldə olunması imkanı.
Yenilənmiş və genişləndirilmiş “AİLƏ+” və “Özəl+” proqramları
sadəcə tibbi sığorta deyil. Bu, maliyyə təhlükəsizliyini,
xəstəliklərin profilaktikasını, tibbi yardıma sürətli çıxışı və
müasir rəqəmsal həlləri birləşdirən yeni nəsil qorunma səviyyəsidir
və sağlamlığın qayğısına qalmağı daha sadə, daha sürətli və daha
effektiv edir.

