
Bakı.Trend:
Rusiyaya idxalı qadağan edilmiş erməni məhsullarının ilk
partiyası artıq başqa ölkələrə göndərilib.
Trend xarici
mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri
Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.
Bundan əvvəl Ermənistanın hökumət başçısı Rusiyanın Ermənistanda
istehsal olunan məhsullara, o cümlədən meyvə-tərəvəz və balıq
məhsullarına qoyulmuş məhdudiyyətləri şərh edərək, bu kimi
addımların insanları Avrasiya İqtisadi İttifaqına qarşı köklədiyini
bildirmişdi. Ermənistanın İqtisadiyyat naziri isə Rusiya bazarına
alterativ olan bazarların axtarışına başladıqların diqqətə
çatdırmışdı.
“Biznes nümayəndə heyətləri artıq (bu məsələnin) üzərində
işləyir. Qızılgül və tərəvəzdən ibarət ilk partiya artıq
göndərilib, onlar yerinə çatdıqdan sonra sizə hansı ölkələrə
göndərildiyini deyəcəyəm. Heç bir məhsul yerdə qalmayacaq. Söhbət
Avropa İttifaqı və başqa bazarlardan gedir”, – deyə Paşinyan
bildirib.

