
Bakı.Trend:
107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir
avtobuslar xidmət göstərəcək.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, bu marşrutlar “Koroğlu” Nəqliyyat Mübadilə
Mərkəzini Buzovna qəsəbəsi və Maştağa qəsəbələri ilə
əlaqələndirir.
İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə
müasir avtobuslarla xidmət göstəriləcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN
müəyyən edilib.

