Kritik minerallar üzrə Saziş Azərbaycan-ABŞ əməkdaşlığında yeni bir səhifə açır

Baş səhifə

Bakı.Trend:

Azərbaycan ilə ABŞ arasında kritik minerallar sahəsində
əməkdaşlığa dair Çərçivə Sazişi ikitərəfli iqtisadi əməkdaşlıqda
yeni bir səhifə açır.

Trend xəbər verir
ki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
keçirilən Birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu çərçivəsində
təşkil olunan brifinqdə deyib.

Nazir qeyd edib ki, sözügedən saziş dünən imzalanıb.




“Bu, iqtisadi əməkdaşlığımızda yeni bir səhifəni açır. Bu yalnız
böyük perspektivlər vəd etmir, həm də bu sahənin müasir
iqtisadiyyatda və istehsal ehtiyaclarının təmin edilməsində
oynadığı rol baxımından son dərəcə vacibdir.

Biz bu sahədə ixtisaslaşmış Amerika özəl şirkətləri ilə
əməkdaşlığı böyük maraqla gözləyirik. Məqsədimiz onların bilik və
təcrübəsindən, eləcə də Prezident Tramp administrasiyasının
siyasəti sayəsində formalaşmış imkan və alətlərdən faydalanmaqdır.
Həmin siyasət kritik minerallar sektorunun inkişafını prioritet
istiqamətlərdən biri kimi müəyyən edib”, – deyə M.Cabbarov
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir