Amritsar hadisələri bəşəriyyətin vicdanına müraciətdir – Prorektor

Baş səhifə

Bakı. Trend:

1984-cü ildə Amritsarda baş vermiş faciəli hadisələr, üzərindən
düz 42 il keçməsinə baxmayaraq, yalnız bir xalqın tarixinin bir
hissəsi deyil. Bu hadisələr həm də beynəlxalq hüquq, insan
hüquqları, etnik və dini azlıqların müdafiəsi kontekstində qlobal
müzakirə mövzusudur.

Trend xəbər
verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq
əlaqələr üzrə prorektoru Şahin Pənahov BDU-da keçirilən “İyun 1984,
Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli
repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransda
çıxışı zamanı deyib.

“Bu hadisələr bizə xatırladır ki, ədalət və tanınma tələbi milli
sərhədləri aşır və bütövlükdə bəşəriyyətin vicdanına müraciət
edir”, – deyə o vurğulayıb.

Prorektorun sözlərinə görə, Bakı Dövlət Universiteti hesab edir
ki, ali təhsil müəssisələrinin missiyası yalnız bilik və
bacarıqların ötürülməsi ilə məhdudlaşmır:

“Bu missiya eyni zamanda sülhün möhkəmləndirilməsinə, mədəni
kimliyin qorunmasına və insan hüquqlarının müdafiəsinə töhfə
verməyi də əhatə edir”.

Ş.Pənahov əlavə edib ki, bu konfransın universitetin akt
zalında, tələbələrin iştirakı ilə keçirilməsi gənc nəsil üçün yaxın
tarixdən mühüm bir dərs olacaq.

“Bu gün burada toplaşan alimlər, diaspora nümayəndələri, yerli
və beynəlxalq qeyri-hökumət təşkilatlarının fəalları, eləcə də
ictimai xadimlər yalnız keçmişin ağrılarını deyil, gələcəyə dair
ümidləri də bölüşən müzakirələr aparacaqlar. Əminik ki, bu dialoq
beynəlxalq təşkilatların və parlamentlərin diqqətini daha da
artıracaq, azlıqların hüquqlarının müdafiəsi istiqamətində yeni
təşəbbüslərə yol açacaq. Heç bir şübhəmiz yoxdur ki, bu konfrans
təkcə akademik fikir mübadiləsi deyil, həm də ədalət və sülh naminə
kollektiv iradənin nümayişi olacaq”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir