Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

Baş səhifə

Şuşa.Trend:

Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma
işlərinə start veriləcək.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi(ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna
təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini
İlham Quliyev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət
daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə
tutulur.




Sədr müavini vurğulayıb ki, 2022–2023-cü illərdə Suqovuşan
hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil
kanalında əsaslı təmir işləri həyata keçirilib:

“Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan
tam təmizləndikdən sonra aparılacaq”,-deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir